Azərbaycan-Serbiya oyunu qolsuz heç-heçə ilə başa çatıb

Azərbaycan-Serbiya oyunu qolsuz heç-heçə ilə başa çatıb

Bu gün minifutbol üzrə Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirində qrup mərhələsində sonuncu oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A qrupunda yer alan millimiz Serbiya yığması ilə qarşılaşıb. Bakı Tennis Akademiyasında təşkil olunan matçda hesab açılmayıb – 0:0.

Millimiz ilk oyunda Çexiya ilə qolsuz heç-heçə edib. Komandamız daha sonra İtaliya və Gürcüstan seçmələrinə 2:0 hesabı ilə qalib gəlib.

Hesabında 8 xal olan millimiz qrupda üçüncü pillədə qərarlaşıb. İlk pillədə qərarlaşan Serbiya və Çexiya seçmələrinin də hesabında eyni sayda xal var.

Baş məşqçi Elşad Quliyevin yetirmələri mayın 5-də əvvəlcə pley-off oyununda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi həmin gün yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə