17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.
SİA Qol.az-a istinadən xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0:1 hesabı ilə məğlub olub.
Millimiz turnirdə son oyununu mayın 7-də Moldova komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB