İtaliya A Seriyasında XXXIII turun daha bir neçə oyunu keçirilib. SİA xəbər verir ki, son çempion “Milan” öz meydanında autsayderlər sırasında qərarlaşan “Kremoneze” ilə üz-üzə gəlib.
Matçda qalib müəyyənləşməyib - 1:1. 77-ci dəqiqədə David Okerekenin qolu ilə hesabda geri düşən“rossioneri” yalnız 90+3-cü dəqiqədə Junior Messiasın sayəsində bərabərliyi təmin edə bilib.
“Milan” hazırda 6-cı pillədədir. Komandanın 58 xalı var.
“İnter” isə səfərdə “Verona”nı darmadağın edib - 6:0. Adolfo Qayçın avtoqola imza atdığı qarşılaşmada “İnter”in digər qollarını Hakan Çalhanoğlu, Edin Dzeko (2) və Lautaro Martines (2) vurublar.
Qələbə sayəsində “İnter” xalını 60-a çatdıraraq 4-cü pilləyə yüksəlib.
Digər oyunlarda “Latsio” öz meydanında “Sassuolo”ya qalib gəlməklə (2:0) 2-ci pilləni “Yuventus”dan təhvil alıb. “Roma” isə “Montsa” səfərində xal itkisi ilə üzləşib - 1:1. Joze Mourinyonun komandası 58 xalla 17-cidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB