Yüngül atletika üzrə 2016-cı ilin Olimpiya çempionu amerikalı Tori Boui 32 yaşında vəfat edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun maraqlarını təmsil edən “Icon Management” agentliyinin mətbuat xidməti sosial şəbəkədəki səhifəsində yazıb.
Amerikalı idmançının ölüm səbəbi barədə məlumat verilməyib.
Xatırladaq ki, Boui 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçirilən Olimpiya Oyunlarında 4×100 metr estafetdə qızıl medal qazanmışdı. Həmin olimpiadada idmançı 100 metr məsafəyə qaçışda ikinci, 200 metr məsafəyə qaçışda isə üçüncü olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB