Azərbaycan millisi Gürcüstan millisinə qalib gəlib

Azərbaycan millisi Gürcüstan millisinə qalib gəlib

Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yığma A qrupundakı 3-cü sınağında Gürcüstanla qarşılaşıb. Bakı Tennis Akademiyasında baş tutan qarşılaşma Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda bu nəticədən sonra 7 xalla liderliyə yüksəlib. 3 xalı olan Gürcüstan isə 4-cü sırada qalıb.

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə