“Prezident kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi mayın 7-də Bakıda baş tutacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib. Bakı Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir. Bədii hissədə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq tamaşaçılara əsl bayram abı-havası yaşadacaq.
“Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB