Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya Kubokunun komanda yarışında gümüş medal qazanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Zəhra Dadaşova Pərvin Məmmədov və Ceyhun Mahmudovun yer aldığı yığma 114.88 xalla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bu göstəricidə Qazaxıstan, Tayland və Moldova kollektivlərini üstələyən milli komanda yalnız Ukraynadan geri qalıb.
Beləliklə, Azərbaycan parapauerliftinqçiləri 8 idmançı ilə təmsil olunduğu Dünya Kubokunu 7 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB