Azərbaycan yığması Maltaya da uduzdu

Azərbaycan yığması Maltaya da uduzdu

Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında keçirilən kişi həndbolçuların dördüncü dünya çempionatı başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, Azərbaycan yığması sonuncu oyun günündə Malta seçməsi ilə qarşılaşıb.

Həndbolçularımız bu oyunda 20:31 hesabı ilə uduzublar.

Xatırladaq ki, Azərbaycan yığması turnirdəki əvvəlki oyunlarında Bolqarıstana 19:30, Nigeriyaya 17:35, Qvatemalaya isə 20:28 hesabıyla məğlub olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə