Gimnastımız dünya kuboku yarışlarında qızıl medal qazanıb

Gimnastımız dünya kuboku yarışlarında qızıl medal qazanıb

Azərbaycanın idman gimnastı Nikita Simonov dünya kuboku yarışlarında qızıl medal qazanıb. SİA xəbər verir ki, Misirin paytaxtı Qahirədə təşkil olunan turnirdə halqa ilə hərəkətlərin finalında bütün rəqiblərini qabaqlayan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, dünya kuboku yarışlarına aprelin 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə