Ərəb şeyx "Mançester Yunayted" üçün 5 milyard funt sterlinq təklif etdi

Ərəb şeyx "Mançester Yunayted" üçün 5 milyard funt sterlinq təklif etdi

Qətərin ən böyük banklarından biri olan "Qətər İslam Bankı"nın (QIB) prezidenti Şeyx Casim bin Həməd Əl Tani “Mançester Yunayted” klubunun bütün səhmlərinin alınması üçün rəsmi ərizə təqdim edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ərəb şeyx klub üçün 5 milyard funt sterlinq (6,3 milyard dollar) təklif edib. Agentliyin məlumatına görə, Qətər şeyxinin təklifinə “klub binaları və digər investisiyalar üçün əlavə məbləğlər” daxildir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə