"Əl-Nəsr" darmadağınla qalib gəldi

"Əl-Nəsr" darmadağınla qalib gəldi

"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 24-cü tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda evdə "Əl-Raed" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldo da bu oyunda fərqlənib. O, 4-cü dəqiqədə komandasının ilk qolunu vurub. Bunadək forvard son 3 matçda fərqlənə bilməmişdi.

Qeyd edək ki, "Əl-Nəsr" hazırda turnir cədvəlində 56 xalla 2-cidir.

"Əl-Nəsr" - "Əl-Read" - 4:0

Qollar: Ronaldo, 4, Qarib, 55, Maran, 90, Əl-Sulaihem, 90+4

Bütün xəbərlər Facebook səhifəmizdə