PSJ Ramosla danışıqlar aparır

PSJ-nin baş məşqçisi Kristof Qaltye klubun müdafiəçi Serxio Ramosla müqavilənin uzadılması ilə bağlı danışıqlar apardığını təsdiqləyib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o deyib: “Ramos digər oyunçular üçün nümunədir, o, paltardəyişmə otağında əsas futbolçudur. Bilirəm ki, hazırda onun agentləri ilə klub arasında danışıqlar gedir. Mən Serxionun meydanda etdiklərindən çox razıyam".

Qeyd edək ki, Ramosun PSJ ilə müqaviləsi iyunda başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə