Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib

Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib

Futbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib. SİA xəbər verir ki, yarımfinalın növbəti cavab oyununda “Səbail” klubu “ASCO Arena”da “Qəbələ”ni qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Qəbələ” minimal hesablı qələbə qazanıb – 1:0. Matçda yeganə qolu İsnik Alimi penaltidən vurub.

Komandalar arasında keçirilmiş ilk matçda “Qəbələ” 3:2 hesablı qələbə qazanıb. İki oyununa nəticəsinə görə, “Qəbələ” komandası tarixində beşinci dəfə finala vəsiqə qazanıb.

Finalda “Qəbələ” komandası “Neftçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə