Azərbaycan kubokunda ikinci finalçı "Qəbələ" oldu

Azərbaycan kubokunda ikinci finalçı "Qəbələ" oldu

Bu gün Azərbaycan kubokunda ikinci finalçı da müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, yarımfinalın digər cavab matçında "Qəbələ" "Səbail"in qonağı olub. Komandaların Qəbələdə keçirilən ilk görüşündə medan sahibləri 3:2 hesablı əzmkar qələbə qazanmışdı. "Qəbələ" bu oyunda isə 1:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Beləliklə, Elmar Baxşıyevin komandası iyunun 3-ü oynanılacaq finalda "Neftçi" ilə qarşılaşacaq.

27 aprel

20:00. "Səbail" - "Qəbələ" - 0:1

Qol: İsnik Alimi, 49-pen.

Qırmızı vərəqələr: Vüqar Həsənov, 57, Qustavo Fransa, 90+2, Adil Nağıyev, 90+4 (hər üçü "Səbail")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
"ASCO Arena"
İlk oyun - 2:3

26 aprel

"Neftçi" - "Turan Tovuz" - 2:0

İlk oyun - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə