"Qarabağ"ın keçmiş oyunçusu üçün mövsüm erkən başa çatıb

"Qarabağ"ın keçmiş oyunçusu üçün mövsüm erkən başa çatıb

Ölümdən dönən “Qarabağ”ın keçmiş oyunçusu üçün mövsüm erkən bitib. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiyanın “Krasnodar” klubunda oynayan “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm erkən başa çatıb.

Rusiya Premyer Liqasının XXIV tur oyununda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşma nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını deyib.

“Reabilitasiya müddəti 15-20 gün olacaq. Birdəfəlik bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Böyük ehtimalla növbəti mövsümün hazırlığı zamanı komandaya qoşulacağam”, - braziliyalı futbolçu açıqlamasında bildirib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə