“Atletiko” qələbə qazandı, “Barselona” uduzdu - YENİLƏNİB

“Atletiko” qələbə qazandı, “Barselona” uduzdu - YENİLƏNİB

İspaniya La Liqasında XXXI tur davam edir. SİA xəbər verir ki, gecənin maraqlı oyunlarından biri də “Reyo Valeykano” ilə “Barselona” arasında olub.

Birincilərin meydanında baş tutan qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarsiya 19 və 53-cü dəqiqələrdə fərqlənərək dubl edib. Levandovski 83-cüdəqiqədə qollardan birinin əvəzini çıxmağı bacarsa da, “Barselona”nın bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra 76 xalda qalan kataloniyalılar liderliyə davam edirlər. “Rayo Valeykano” isə xallarının sayını 43-ə çatdıraraq 9-cu pilləyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə