Türkiyəli idmançılar Bakıya gələcəklər

Türkiyəli idmançılar Bakıya gələcəklər

Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun sabah Bakıya gələcək.

SİA-nın məlumatına görə, Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycana səfər edəcək.

Səfər zamanı onların paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə