Bakıda sprinter yürüşü Qran-Prinin start qəfəsinə təsir göstərməyəcək - GÜNTER ŞTAYNER
“Haas” komandasının rəhbəri Günter Ştayner Formula 1 çempionatının sprinter yürüşləri və yürüş uik-endinin formatına edilən dəyişikliklər barədə fikrini bildirib. SİA xəbər verir ki, 2023-cü ildə sprintlərin sayı 6-dək artırılıb, onlardan birincisi eksperimental formatda keçiriləcək. Bakıda sprinter yürüşü avtonom qaydada keçiriləcək və Qran-Prinin start qəfəsinə təsir göstərməyəcək, bununla bağlı pilotları iki təsnifat gözləyir. Lakin heç də pilotların hamısı bu fikri müsbət qarşılamayıblar, Maks Ferstappen isə uik-end formatının dəyişiklərində tendensiyanın qorunub saxlanılacağı təqdirdə hətta çempionatdan gedəcəyi ilə hədələyib.
Günter Ştayner “Reuters”ə müsahibəsində bu barədə fikirlərini bölüşüb: “Mən hər yürüş uik-endində sprintləri keçirib-keçirməyəcəyimizi bilmirəm. Ola bilər ki, bir neçə sprint də əlavə olunsun və ya uik-endlərin yarısı sprinterli olsun. Hazırda yürüşlərə tələbat bizim təsəvvür etdiyimizdən daha yüksəkdir. Biz 24-dən çox mərhələ keçirə bilmərik, lakin sprinterlərin köməyi ilə daha çox yürüş və mübarizə əldə edə bilərik. Bəli, sadəcə olaraq, mərhələləri ikiqat etmək mümkündür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB