Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda növbəti medalı qazanıb

Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda növbəti medalı qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda növbəti medalı qazanıb. SİA-nın məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası 3 lent və 2 topla hərəkətlərdə 3-cü yeri tutub.

Kollektiv ötən gün çoxnövçülük proqramında da bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə