Messi “Əl-Hilal” nümayəndələri ilə görüşəcək

Messi “Əl-Hilal” nümayəndələri ilə görüşəcək

Argentina yığmasının kapitanı və “Paris Saint-Germain”ın hücumçusu Lionel Messi tezliklə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə rəsmi görüş keçirərək, mümkün keçidi müzakirə edəcək. SİA “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.

Onun sözlərinə görə, Messi ilə “Əl-Hilal” görüşü mayın 1-də Lorientlə oyundan sonra baş tutacaq.

Qeyd olunur ki, daha öncə “Əl-Hilal” Messiyə illik 400 milyon avro maaşla müqavilə təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə