"Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib

"Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA xəbər verir ki, Superliqa təmsilçisini Ömer Erdoğan çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, bu vəzifədə iki gün əvvəl istefaya göndərilən Ersun Yanalı əvəz edib.

Qeyd edək ki, Ömer Erdoğan son olaraq "Ankaragücü"nü çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə