37 yaşlı Luka Modriçə də alıcı tapılıb

37 yaşlı Luka Modriçə də alıcı tapılıb

“Real Madrid”ın yarımmüdafiəçisi Luka Modriçə də alıcı tapılıb. Belə ki, İspan mətbuatının yazdığına görə, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Səudiyyə klubu cari mövsümün sonunda “Real Madrid” ilə müqaviləsi başa çatacaq 37 yaşlı xorvatiyalıya ildə 25 milyon avro xalis maaşla iki illik müqavilə təklif edib.

Xatırladaq ki, bu məbləğ Modriçin Madrid komandasında aldığı məbləğdən iki dəfə çoxdur. Amma buna baxmayaraq, futbolçunun özü də “Real Madrid”də qalmaq istərdi, lakin müqavilənin uzadılması ilə bağlı danışıqlar hələ başlamayıb.

Yeri gəlmişkən, Modriç 2012-ci ildən “Real Madrid”in şərəfini qoruyur, yarımmüdafiəçi 5 dəfə Çempionlar Liqası və Klublararası Dünya Çempionatının, 4 dəfə İspaniya Superkubokunun və UEFA Super Kubokunun, 3 dəfə İspaniya çempionatının və bir dəfə İspaniya kubokunun qalibi olub.

Modriç 2018-ci ildə “Qızıl top”u qazanıb. Xorvatiya millisinin tərkibində dünya çempionatında gümüş (2018) və bürünc (2022) qazanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə