Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub - YENİLƏNİB

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub - YENİLƏNİB

UEFA Avropa Liqasında son yarımfinalçının adı məlum olub. SİA-nın məlumatına görə, 1/4 finalın cavab oyununda Niderland "Feyenoord"una 4:1 hesabı ilə qalib gələn İtaliya "Roma"sı növbəti mərhələyə vəsiqə qazanıb.

Matçın əsas vaxtı "canavarlar"ın üstünlüyü ilə tamamlanıb - 2:1. Ümumi hesab bərabərləşdiyindən əlavə vaxt oynanılıb. Hər hissədə bir qol vuran meydan sahibləri yarımfinala adlayıblar. Bu mərhələdə romalılar Almaniya "Bayer"i ilə qarşılaşacaq. Digər yarımfinal matçı isə İtaliya "Yuventus"u ilə İspaniya "Sevilya"sı arasında olacaq.

Görüşlər mayın 11-i və 18-də keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland) - 2:1 (ƏLAVƏ VAXTDA - 2:0)
Qollar: Leonardo Spinatsola, 60. Paulo Dibala, 89. Stefan El-Şaaravi, 1001. Lorentso Pelleqrini, 108 - İqor Payşau, 80
Qırmızı vərəqə: Santyaqo Ximenes, 119 ("Feyenoord")
İlk oyun - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə