Konfrans Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşib - YENİLƏNİB
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub. SİA-nın məlumatına görə, yarımfinala son vəsiqəni İsveçrə "Bazel"i əldə edib.
Fransadakı cavab oyununda "Nitsa"ya 2:1 hesabı ilə qalib gələn qonaqlar növbəti mərhələyə yüksəliblər.
Yarımfinalda isveçrəlilər İtaliya "Fiorentina"sı ilə üz-üzə gələcək. Bu raundun digər görüşündə İngiltərə "Vest Hem"i Niderlandın "AZ Alkmaar" komandasını sınağa çəkəcək.
Yarımfinalın ilk oyunları mayın 11-də, cavab qarşılaşmaları isə 18-də olacaq.
UEFA Konfrans Liqası
1/4 final
20 aprel
23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:2 (ƏLAVƏ VAXTDA - 0:1)
Qollar: Qaetan Labord, 9 - Jan Kevin Oqyüsten, 86. Qasım Nuhu, 98
İlk oyun - 2:2.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB