Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 50 kq-dakı səkkizqat qitə çempionumuz həlledici qarşılaşmada Oksana Livaçla (Ukrayna) üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl 2 dəfə dünya çempionu olan 34 yaşlı idmançı Olimpiya Oyunlarında 2 gümüş, 2 bürünc medal qazanıb.
Bu gün həmçinin, bürünc medal görüşlərində Elnurə Məmmədova (55 kq) Katarjina Kravçiklə (Polşa), Alyona Kolesnik (59 kq) Sandra Paruşevski (Almaniya) ilə görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB