“Neftçi” voleybol üzrə Azərbaycan çempionatında bürünc medal qazanıb

“Neftçi” voleybol üzrə Azərbaycan çempionatında bürünc medal qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal qazanan komanda bəlli olub. SİA xəbər verir ki, üçüncü qarşılaşmada MOİK-i 3:1 (21:25, 25:22, 25:15, 28:26) hesabı ilə məğlub edən “Neftçi” üçüncü yeri tutub.

Bu komanda əvvəlki iki görüşdə rəqibinə müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşə bilər. Əvvəlki iki matçda “Xarı bülbül”ü üstələyən “Murov” (3:1, 3:0) bu dəfə də qalib gəlsə, çempion adını qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə