Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. SİA-nın məlumatına görə, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.
Eyni saatda start götürəcək matçlarda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Sevilya"nın, İtaliya "Yuventus"u Portuqaliyada "Sportinq"in, Almaniya "Bayer"i Belçikada "Union"un, Niderland "Feyenoord"u isə İtaliyada "Roma"nın qonağı olacaq.
UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel
23:00. "Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 2:2
23:00. "Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
İlk oyun - 0:1
23:00. "Union" (Belçika) - "Bayer" (Almaniya)
İlk oyun - 1:1
23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)
İlk oyun - 0:1
Qeyd edək ki, yarımfinalda "Sportinq" - "Yuventus" / "Sevilya" - "Mançester Yunayted" və "Roma" - "Feyenoord" / "Union" - "Bayer" cütünün qalibləri üz-üzə gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB