Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edib.
Tovuz şəhər stadionunda oynanılan matçda meydan sahibləri minimal hesablı qələbə qazanıblar – 1:0. Matçda yeganə qolu 74-cü dəqiqədə Tovuz təmsilçisinin futbolçusu Denis Marandiçi vurub.
Komandalar arasında cavab görüşü aprelin 26-da keçiriləcək.
Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB