Ukrayna Premyer Liqasında çıxış edən daha bir futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. “Aleksandriya”nın yarımmüdafiəçisi Emil Mustafayevin ölkəmizdə oynamaq ehtimalı yaranıb. SİA xəbər verir ki, bu ildən “Aleksandriya”nın əsas heyət üzvünə çevrilən U-21 yığmamızın üzvü ilə “Neftçi” danışıqlar aparır. Ancaq futbolçu Premyer Liqanın digər komandalarının da diqqət mərkəzində olduğundan “Neftçi”nin onunla anlaşması asan olmayacaq.
Qeyd edək ki, “Aleksandriya”nın yetirməsi olan və 2021-ci ildən əsas komandada çıxış edən E.Mustafayevin klubla müqaviləsi mövsümün sonunadəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB