“Çelsi” “Real”a, “Napoli” “Milan”a qarşı - YENİLƏNİR

“Çelsi” “Real”a, “Napoli” “Milan”a qarşı - YENİLƏNİR

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Çelsi” doğma meydanda Madrid “Real”ı ilə üz-üzə gələcək. İlk oyunda 2 cavabsız qolla qalib gəlmiş İspaniya nəhənginə səfərdə heç-heçə də kifayət edəcək. “Zadəganlar” isə mərhələ adlamaq üçün ÇL-in son qalibi olan bu rəqibini darmadağınla məğlub etməlidir.

Günün digər oyunu İtaliyanın iki təmsilçisi – “Napoli” ilə “Milan” arasında olacaq. Bu komandaların ilk oyununda da milanlılar qələbə sevinci yaşayıblar. Qonaqlara Neapolda heç-heçə də kifayət edəcək. “Napoli” isə yalnız inamlı qələbə qazanacağı halda mərhələ adlaya bilər.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
18 aprel

Çelsi (İngiltərə) – Real (İspaniya) - 0:0
Baş hakim: Daniel Orsato (İtaliya).
London. “Stemford Bric” stadionu.
İlk oyun – 0:2.

Napoli (İtaliya) – Milan (İtaliya) - 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa).
Neapol. “Dieqo Armando Maradona” stadionu.
İlk oyun – 0:1.

Bütün xəbərlər Facebook səhifəmizdə