Azərbaycan kuboku: “Qəbələ” “Səbail”ə qalib gəlib

Azərbaycan kuboku: “Qəbələ” “Səbail”ə qalib gəlib

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinə start verilib.

SİA-nın əldə etdiyi məlumata görə xəbər verir ki, ilk matçda “Qəbələ” komandası “Səbail”i qəbul edib.

Qəbələ şəhər stadionunda oynanılan matçda meydan sahibləri 3:2 hesabı ilə qalib gəliblər. “Qəbələ”nin heyətində Rafael Utziq dubl edib, digər qolu Felipe Santos vurub. “Səabil”in heyətində isə İlkin Muradov və Emil Martinov fərqləniblər.

Komandalar arasında cavab görüşü aprelin 27-də baş tutacaq.

Qeyd edək ki, aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında “Neftçi” klubu “Turan Tovuz”un qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə