Luka Modriç hələ də “Real Madrid”dən zəng gözləyir

Luka Modriç hələ də “Real Madrid”dən zəng gözləyir

Luka Modriçin gələcəyi müzakirə mövzusu olaraq qalır - xorvatiyalı yarımmüdafiəçinin "Real"la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. 37 yaşlı futbolçu Madrid klubunda qalmaq istəyir, lakin tərəflər hələlik yeni müqaviləni müzakirə etməyiblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə nüfuzlu insayder “Fabrizio Romano” məlumat verib.

“Modriç yeni müqaviləni müzakirə etmək üçün hələ də “Real Madrid”dən zəng gözləyir”. Qeyd edək ki, bunu “Fabrizio Romano” yazıb

Yeri gəlmişkən xatırladaq ki, Luka Modriç 2012-ci ilin yayında “Real Madrid”ə transfer olub. Həmin vaxtdan xorvatiyalı futbolçu “qaymaqlılar”ın heyətində 476 oyun keçirib.

Bu oyunlarda Modriç 37 qol vurub və tərəfdaşlarına 77 məhsuldar ötürmə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə