PSJ-nin baş məşqçisi Kristof Qaltye irqçilik iddialarından sonra iki jurnalisti və "Nitsa"nın idman direktorunu məhkəməyə verəcək. SİA xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Daha əvvəl mütəxəssisin "Nitsa”da işləyərkən idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” söylədiyi iddia olunub. Bu məlumat ortaya çıxdıqdan sonra Qaltyeyə açıq-aşkar ölüm təhdidləri də daxil olmaqla 5000-ə yaxın zəng və mesaj gəlib. Hazırda Kristof və ailəsi mühafizə altındadır.
Mütəxəssisin vəkili bildirib ki, ilk olaraq Qaltye "Nitsa" klubunun idman direktoru Julien Fournierə, həmçinin jurnalistlər Daniel Riolo və Romain Molinaya qarşı böhtana görə iddia qaldırılacaq. Məşqçiyə dəyən maddi və mənəvi zərərə səbəbində şikayət ediləcək.
Qeyd edək ki, daha əvvəl Qaltyenin sözügedən ifadələri işlətdiyi təsdiq olunacağı təqdirdə, PSJ-nin çalışdırıcını istefaya gönədiləcəyi bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB