“Gent” “Vest Hem”lə heç-heçə etdi

“Gent” “Vest Hem”lə heç-heçə etdi

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilir. SİA xəbər verir ki, pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" (Belçika) İngiltərə "Vest Hem"ini qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Polşa "Lex"i İtaliya "Fiorentina"sını, Niderland "AZ Alkmaar"ı Belçika "Anderlext"ini, İsveçrə "Bazel"i Fransa "Nitsa"sını qəbul edir.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 20-də keçiriləcək.

Konfrans Liqası, 1/4 final
13 aprel

20:45. "Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) - 1:1

Qollar: Kuypers, 57 - İnqs, 45+3

23:00. "Lex" (Polşa) - "Fiorentina" (İtaliya)

23:00. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika)

23:00. "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

Bütün xəbərlər Facebook səhifəmizdə