Bu həftə Misli Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək.
SİA Qol.az-a istinadən xəbər verir ki, “Qəbələ” turun ilk oyun günündə səfərdə “Neftçi” ilə qarşılaşacaq.
8-ci kilometr qəsəbə stadionunda keçiriləcək matç rəqiblərin 64-cü dueli olacaq. Komandalar indiyədək 63 dəfə görüşüb. Hesabında 18 qələbə olan “Qəbələ” 17 heç-heçə edib və 28 dəfə məğlub olub. Rəqib qapısına 74 qol vuran "Qəbələ" 91 top buraxıb.
Bu oyun Premyer Liqa çərçivəsində 59-cu duel olacaq. Əvvəlki 58 matçda 17 qələbəsi olan "Qəbələ" 14 dəfə bir xalla kifayətlənib və 27 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan “qırmızı-qaralar” 86 top buraxıb.
“Neftçi” ilə səfərdə 32-ci dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 14 dəfə uduzub. "Qəbələ" səfərdə 36 qol vurub, 45-ni buraxıb.
Xatırladaq ki, aprelin 14-də keçiriləcək matç 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB