Fati yayda “Barselona”dan ayrıla bilər

Fati yayda “Barselona”dan ayrıla bilər

"Barselona”nın hücumçusu Ansu Fati mövsümün sonunda komandasını dəyişə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, gənc forvardın əsas heyətə düşə bilməməsi onun Kataloniya klubundan ayrılmaq ehtimalını artırır.

“Mançester Yunayted”, “Arsenal” və “Bavariya”dan sonra daha bir komanda 21 yaşlı oyunçunun keçidində maraqlıdı. İngiltərənin digər klubu “Tottenhem” İspaniya millisinin üzvü uğrunda mübarizəyə qoşulub. Fatinin transfer qiyməti 90 milyon funt-sterlinqə bərabər göstərilir.

Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə