Modriç 30 milyona yox dedi

Səudiyyə Ərəbistanı klublarından biri “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçə illik 30 milyon avro məvacib təklif edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bu təkliflə razılaşmayıb.

Xorvatiyalı futbolçu “Real Madrid”də oynamağa davam etmək istədiyini bildirib.

Qeyd edək ki, 37 yaşlı futbolçu 2012-ci ilin yayından “Real Madrid”də çıxış edir. Bu müddət ərzində o, komandanın heyətində 307 oyun keçirib və 25 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə