“Zirvə Astara” basketbol klubu “Sərhədçi”ni məğlub edib

“Zirvə Astara” basketbol klubu “Sərhədçi”ni məğlub edib

Azərbaycan Basketbol Liqasında XXV tura yekun vurulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, turun son oyununda “Zirvə Astara” və “Sərhədçi” komandaları qarşılaşıblar.

“Sərhədçi” İdman Mərkəzində keçirilən görüşün ilk dəqiqələrindən üstünlüyü ələ keçirən Astara təmsilçisi yekunda 103:93 hesablı qələbə qazanıb.

Bu qələbədən sonra xallarının sayını 30-a çatdıran “Zirvə Astara” yeddinci pillədə qərarlaşıb. Hesabında 39 xalı olan “Sərhədçi” isə play-off zonasından uzaqlaşaraq beşinci sırada yer alıb.

Matçda ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maykl Diqqins (34 xal, 11 ribaund), "Zirvə Astara"dan isə Ruşard Kruikşenk (22 xal, 8 asist) olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə