"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 25-ci turunun növbəti oyunu baş tutub.
SİA-nın əldə etdiyi məlumata görə, "AAAF Xırdalan" çempionatın lideri NTD ilə üz-üzə gəlib.
Oyuna üstün başlayan NTD komandası gərgin oyunun sonunda rəqibi üzərində 102:95 hesablı qələbə qazanaraq, çempionatın vahid liderliyinə yüksəlib.
Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"da Devin Pullum (29 xal, 10 asist), NTD-dən isə Brayson Robinson (34 xal, 11 ribaund) olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB