Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran-Pri turnirində gümüş medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasından SİA-ya bildirilib ki, təmsilçimiz çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri komandamız - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparır.
Yarışa aprelin 9-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB