"Neftçi" hesabda öndə, "Səbail" "Sabah"ı məğlub etdi

"Neftçi" hesabda öndə, "Səbail" "Sabah"ı məğlub etdi

Misli Premyer Liqasında 29-cu turun oyunları davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu gün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Ötən tur avrokuboklara vəsiqəni təmin edən 2-ci pillədəki "Sabah" autsayder "Səbail"in qonağı olub və 1:2 hesabı ilə uduzub. "Səbail" qələbə qolunu 90+5-ci dəqiqədə vurub və turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Sumqayıt" isə "Neftçi"ni qəbul edir.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.

8 aprel (şənbə)

20:00. “Sumqayıt” – “Neftçi” - 0:1 (İkinci hissə)

Qol: Stankoviç, 7
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
“Kapital Bank Arena”

17:30. “Səbail” – “Sabah” - 2:1

Qollar: David Qomis, 28 (1:0), Emmanuel Apeh, 75-pen. (1:1), Zakba 90+5 (2:1)

Qırmızı vərəqə: Con İrasabal, 59 ("Sabah")
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
“ASCO Arena”

9 aprel (bazar)

16:00. “Turan Tovuz” – “Şamaxı”
Hakimlər:
Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

18:30. “Qarabağ” – “Kəpəz”
Hakimlər
: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
“Azersun Arena”

7 aprel (cümə)

17:00. “Qəbələ” – “Zirə” - 2:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 28 23 5 0 71-15 74
2 Sabah 29 20 5 4 63-22 65
3 Neftçi 28 17 6 5 50-25 57
4 Qəbələ 29 10 9 10 36-36 39
5 Zirə 29 10 8 11 32-39 38
6 Turan Tovuz 28 7 7 14 23-38 28
7 Kəpəz 28 5 10 13 28-49 25
8 Sumqayıt 28 6 6 16 20-52 24
9 Səbail 29 5 6 18 22-48 21
10 Şamaxı 29 4 8 16 23-44 20

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 15 qol
Emin Mahmudov ("Neftçi") - 14 qol

Bütün xəbərlər Facebook səhifəmizdə