Bakıda dünya ulduzlarının konsertinə kimlər qatıla biləcək?

Bakıda dünya ulduzlarının konsertinə kimlər qatıla biləcək?

Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində dünya ulduzlarının konsertinə yalnız üç günlük tribuna bileti olanlar qatıla biləcək.

SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, bulvar ərazisində Formula 1 əyləncə ərazisinə giriş isə bütün bilet sahiblərinə şamil olunacaq.

T.Teymurov əlavə edib ki, Qran Pri çərçivəsində DJ Don Diablo, DJ Hardvel konsert proqramları ilə çıxış edəcəklər.

Qeyd edək ki, 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28–30 aprel tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə