Rusiya millisinin sabiq futbolçusu Aleksandr Kerjakov 2022-ci ilin payızında ölkəni tərk etməsinin səbəbini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, YouTube kanalında verdiyi müsahibədə o, bunun özü və həyat yoldaşı üçün çox çətin olduğunu bildirib.
“Mən qorxdum” deyən Kerjakov, söhbətin qaçmaqdan getmədiyini, onun, vətənindən imtina etmək fikrində olmadığını və xaricdə daşınmaz əmlakənən yoxluğunu da bildirib.
Qeyd edək ki, bundan əvvəl Kerjakov Kiprin “Karmiotissa” komandasının baş məşqçisi kimi ayda iki min avroya yaxın maaş aldığını bildirib.
Aprelin 1-də Kerjakovun “Karmiotissa”dan getməsi məlum oldu. Komanda onun baş məşqçi postunu öz istəyi ilə tərk etdiyini vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB