"Napoli" azarkeşi komandanın futbolçusu Xviça Kvaratsxeliyanın şərəfinə ilk oğluna gürcü oyunçunun adını vermək qərarına gəlib.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb. Bildirilib ki, Neapolda yaşayan Armando və Klara cütlüyü ilk övladlarına Daniele Xviça adını qoyublar.
22 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayında "Napoli"yə keçib. O, bu mövsüm İtaliya çempionatında 24 matçda 12 qol vurub, 12 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB