Türkiyə Avro 2028 və ya Avro 2032-yə ev sahibliyi etməyə hazırdır

Türkiyə Avro 2028 və ya Avro 2032-yə ev sahibliyi etməyə hazırdır

Türkiyə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətindədir. Respublikanın Avro 2028 və Avro 2032-yə ev sahibliyi etmək üçün müraciəti gələn həftə UEFA-ya təqdim olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, ev sahibləri sentyabrda bəlli olacaq.

Qeyd edək ki, müraciətlə bağlı müvafiq sənədi ölkənin İdman Nazirliyinin rəhbəri imzalayıb.

Sənəddə deyilir ki, Türkiyə Avro 2028 və ya Avro 2023-ə ev sahibliyi etməyə hazırdır. O, həmçinin arenalar, turistlərin yerləşdirilməsi yerləri, nəqliyyat və şəhərlərin infrastrukturu haqqında da məlumat verir.

Xatırladaq ki, Böyük Britaniya və İrlandiya bundan əvvəl Avro 2028-i birlikdə keçirməyə hazır olduqlarını bəyan etmişdilər. İtaliya Avro-2032 üçün mübarizə aparır.

Yeri gəlmişkən, 2028 və ya 2032-ci illərdə qitə çempionatına ev sahibliyi etmək istəyən ölkələr ərizələrini aprelin 12-dək göndərməlidirlər. Hər iki turnirin ev sahibləri bu ilin sentyabrında bəlli olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə