“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard London klubuna qayıdıb. SİA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış insayder Fabrizio Romano məlumat verib.
Mənbənin məlumatına görə, Lempard klubla 2022/2023 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, Lempard 18 ay Londondan komandaya rəhbərlik edib. O, 2021-ci ilin əvvəlində istefaya göndərilib.
Frenk futbolçu kimi 18 il “Çelsi”də çıxış edib. Mütəxəssis “zadəganlar”ın rəhbəri postunda Qrem Potteri əvəz edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB