“Mançester Yunayted” öz meydanında qələbə qazandı

“Mançester Yunayted” öz meydanında qələbə qazandı

İngiltərə Premyer Liqasında XXV turdan təxirə salınmış oyun kaçirilib. SİA xəbər verir ki, “Mançester Yunayted” dogma meydanda “Brentford”la qarşılaşıb. Matç “qırmızı şeytanlar”ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 27-ci dəqiqədə Markus Reşford vurub.

28 matçda 53 xal toplayan “Mançester Yunayted” 4-cü pillədədir. “Brentford” isə 43 xalla 9-cudur.

Bütün xəbərlər Facebook səhifəmizdə