Polis İtaliya klublarının bazasında axtarış apardı

Polis İtaliya klublarının bazasında axtarış apardı

İtaliya Maliyyə Polisi A seriyasında mübarizə aparan 3 klubun - “Roma”, “Latsio” və “Salernitana”nın bazasında axtarış aparıb. SİA xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Axtarışlara səbəb kimi 2017-2021-ci illərdə 4 mövsüm ərzində sözügedən klublar tərəfindən həyata keçirilən futbolçu transferlərində qanunauyğunsuzluqların olduğu göstərilib.

Lakin hansı transferlərin araşdırıldığı, dəlil tapılıb-tapılmadığı açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə