“Barselona”-“Real Madrid”: bu dəfə qələbə kimin üzünə güləcək?

“Barselona”-“Real Madrid”: bu dəfə qələbə kimin üzünə güləcək?

Beləliklə, bu gün, aprelin 5-də İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Barselona” və “Real Madrid” komandaları üz-üzə gələcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hakim Xuan Martinez Munueranın start fiti “Kamp Nou” stadionunda səslənəcək.
Xatırladaq ki, ilk görüş katalonların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Olimpbet” mərc şirkəti analitikləri görüşün favoriti kimi “Barselona”nı görürlər: 2,26 sitatla Xavi komandasının qələbəsinə mərc ediblər ki, bu da təxminən 42 faiz təşkil edir.

“Real Madrid”in uğuru 3.00 (31 faiz), heç-heçə üçün isə 3.34 (27 faiz) göstərilir.

Onu da qeyd edək ki, son doqquz klasikodan yeddisində komandalar bir-birinə qol vurub.

Yeri gəlmişkən, son beş matçda “Real Madrid” yalnız bir dəfə Barcaya məğlub olmayıb.

Madrid üçün müntəzəm qələbə və ya heç-heçə 1.63-ə mümkündür.

Qarşılaşmanın ən çox ehtimal olunan hesabı 1:1-dir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə