"Fulhem"in hücumçusu Aleksandar Mitroviç cəzalandırılıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, serbiyalı hücumçuya 8 oyunluq cəza verilib.
Buna səbəb onun İngiltərə kubokunun 1/4 finalında "Mançester Yunayted"lə keçirilən oyundakı (1:3) davranışı olub..O, görüşün baş hakimi Kris Kavananın qərarlarına çox emosional şəkildə etiraz edib və referini itələyib. Futbolçu 40 min funt-sterlinq cərimə də olunub.
Qeyd edək ki, Mitorviç bu mövsüm Premyer Liqada 21 oyuna 11 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB